Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına Hörmətli Forum iştirakçıları, Əziz gənclər! Sizi – Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzulayıram.
Gənclərin növbəti Forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə, “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” şüarı altında keçirilməsi rəmzi məna daşıyır. İstər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilmişdir.

Hazırda da gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir. 1996 cı ildə Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk Forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur. Ənənəvi olaraq keçirilən forumlar ulu öndərin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə, onların dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır. İqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda ötən dövr ərzində gənclərin hərtərəfli inkişafını təmin edən, onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir. Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar. Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, “Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir.

Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır. Əminəm ki, Forum dövlət gənclər siyasətinin daha səmərəli icrası ilə bağlı geniş və hərtərəfli müzakirələr, parlaq və innovativ ideyalar məkanına çevriləcək, gəncləri yeni uğurlara ruhlandıracaqdır. Bir daha Sizin hamınıza və VIII Forumun işinə uğurlar arzu edirəm. Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 noyabr 2018-ci il.
17 Noy 2018 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
11 Noy 2018 AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
08 Noy 2018 9 Noyabr - Azərabaycan Respublikası Dövlət Bayrağı günüdür
18 Okt 2018 18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR
10 Sent 2018 Azərbaycan Respublikasının Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11–ci qrant müsabiqəsini elan edir
30 Avq 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin S
29 Avq 2018 Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
29 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
09 Avq 2018 Vətənpərvərlik aşılayan kitab dustaqlara təqdim edildi
25 İyun 2018 15 İyun, Milli Qurtuluş Günü- Bayramınız mübarək olsun.
31 May 2018 AXC hökumətinin müstəqil iqtisadi siyasəti
28 May 2018 Bayramınız mübarək!
13 Apr 2018 B Ə Y A N A T
13 Apr 2018 PREZİDENT İLHAM ƏLİYEV GƏNCLƏRƏ MÜRACİƏT ETDİ
10 Apr 2018 "HƏMRƏY" İB-nin İŞTİRAKI İLƏ ƏMƏKDAŞLIQ PLATFORMASI YARADILIR
10 Apr 2018 AZƏRBAYCAN GƏNCLİYİ ƏN YÜKSƏK TƏLƏBLƏRƏ CAVAB VERİR
31 Mart 2018 Milli Qara və Bəşəri Qırmızı TARİX – 100 SUSUB və NƏTİCƏ ÇIXARAQ!
29 Mart 2018 “Azərbaycan gəncləri hamılıqla İlham Əliyevi dəstəkləyəcəklər”
19 Mart 2018 NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!
"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi