BU AZƏRBAYCAN XALQININ MÜDRİKLİYİ VƏ QƏLƏBƏSİDİR
     Azərbaycan Respublikasının Prezident seçkilərində İlham Heydər oğlu Əliyevin yenidən inamlı qələbə qazanması qədirbilən xalqımızın müdrikliyinin bariz təzahürüdür.

    “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi – Azərbaycan xalqını, xüsusən də gəncləri azad, ədalətli, şəffaf və demokratik mühitdə reallaşan Azərbaycan Respublikasının Prezident seçkilərində cənab İlham Əliyevin yenidən şanlı qələbə qazanması münasibətilə təbrik edir. Bu əlamətdar hadisə dahi öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müfəssəl və uzaqgörən milli dövlətçilik strategiyasının cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinə xalqımızın etimadını özündə təcəssüm etdirir. Məhz cənab İlham Əliyevin düşünülmüş, mükəmməl, cəsarətli və qətiyyətli siyasətinin təntənəsi olan bu qalibiyyət xalqımızın daim öz rəhbərinə inandığını, arxalandığını və onun təkrarolunmaz milli inkişaf konsepsiyasını dəstəklədiyini bir daha təsdiq edir. Biz əminliklə bildiririk ki, cənab İlham Əliyevin yenidən 7 il müddətinə Dövlət Başçısı seçilməsi Azərbaycan Respublikasının sabitliyinə və tərəqqisinə, xalqın rifahına və əmin-amanlığına öz töhfəsini verməklə, biz gənclərin inkişafına yeni üfüqlər açmaqla yanaşı, hər bir azərbaycanlı gəncin uğurlu gələcəyinə təminat yaradır. “Həmrəy”çilər bir daha Zati-aliləri cənab Prezidentimizi dəstəklədiklərini bəyan edir, Onunla qürur duyduqlarını və daim “Həmrəy” olduqlarını bildirir. Yeni qələbələrə doğru.
28 May 2019 “Üçrəngli bayrağınla məsud yaşa…”
17 Noy 2018 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
15 Noy 2018 Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
11 Noy 2018 AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
08 Noy 2018 9 Noyabr - Azərabaycan Respublikası Dövlət Bayrağı günüdür
18 Okt 2018 18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR
10 Sent 2018 Azərbaycan Respublikasının Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11–ci qrant müsabiqəsini elan edir
30 Avq 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin S
29 Avq 2018 Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
29 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
09 Avq 2018 Vətənpərvərlik aşılayan kitab dustaqlara təqdim edildi
25 İyun 2018 15 İyun, Milli Qurtuluş Günü- Bayramınız mübarək olsun.
31 May 2018 AXC hökumətinin müstəqil iqtisadi siyasəti
28 May 2018 Bayramınız mübarək!
13 Apr 2018 PREZİDENT İLHAM ƏLİYEV GƏNCLƏRƏ MÜRACİƏT ETDİ
10 Apr 2018 "HƏMRƏY" İB-nin İŞTİRAKI İLƏ ƏMƏKDAŞLIQ PLATFORMASI YARADILIR
10 Apr 2018 AZƏRBAYCAN GƏNCLİYİ ƏN YÜKSƏK TƏLƏBLƏRƏ CAVAB VERİR
31 Mart 2018 Milli Qara və Bəşəri Qırmızı TARİX – 100 SUSUB və NƏTİCƏ ÇIXARAQ!
29 Mart 2018 “Azərbaycan gəncləri hamılıqla İlham Əliyevi dəstəkləyəcəklər”
"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi