Diaspor və ictimai təşkilatlar Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyiblər
   Aprelin 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında diaspor üzvləri ilə “Skype-call” görüşü olub. 

       Paytaxt və regionlarda fəaliyyət göstərən 25-ə yaxın QHT rəhbərinin, eləcə də diaspor üzvlərinin iştirak etdiyi konfransda diaspor təşkilatlarının sosial şəbəkələrdə dövlətçiliyə qarşı aparılan qarayaxma kampaniyalarına cavab tədbirlərinin görülməsindən danışılıb.

    Öncə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf qeyd edib ki, Azərbaycan dövlətinin imicinə xələl gətirən hər hansı kampaniyaya qarşı vətəndaş cəmiyyəti öz mövqeyini nümayiş etdirməlidir.

       Sonra Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə iştirakçılara Almaniya, Niderland, Fransa, Rusiya və ABŞ-dan qoşulan "virtual qonaqlar" haqqında danışıb. O bildirib ki, istər ölkə daxilində, istərsə də xaricdə vətənpərvər soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşərək dövlətçiliyin əleyhinə olanlardan gözlənilən təhlükələrin qarşısının alınması üçün aktiv güc birliyi ortaya qoymalıdırlar.

        Millət vəkili Adil Əliyev isə qeyd edib ki, xaricdəki soydaşlarımız hər zaman Azərbaycan dövlətinin və xalqının yanındadırlar: “Sosial şəbəkələrin söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu, təhlükəsizlik probleminə çevrilir. Ona görə də təbliğat işi daha da gücləndirilməlidir”.

        Daha sonra diaspor üzvləri ilə “Skype” bağlantı yaradılıb. Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova xain qüvvələrin heç bir siyasi etikaya uyğun olmayan bu addımlarının sifarişli olduğunu deyib.

       Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva deyib ki, xaricdə vətənini layiqincə təmsil edənlər bu qarayaxma kampaniyasını birmənalı şəkildə rədd edirlər: “Onların bir çoxu Almaniyada yaşama icazəsi almaq üçün bu qarayaxma kampaniyasını aparırlar. Bunula bağlı Almaniyanın aidiyyəti qurumlarına müraciət edəcəyik”.

      Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Avropadakı soydaşlarımızı Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya etirazını bildirməyə çağırıb.

      Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsevər Məmmədov ölkəmizlə bağlı sosial şəbəkələrdə yalan məlumatların yayılmasını pisləyib və soydaşlarımızı virtual həmrəyliyə səsləyib.

      Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev deyib ki, ölkəmizlə bağlı sosial şəbəkələrdə böhtan xarakterli xəbər və videolar yayanlar ifşa olunmaldır.

  Almaniyadakı Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin rəhbəri Ufuk Kamal bu qaragüruhçuların Kölndə yaratdıqları təxribatlarla bağlı yerli polisə müraciət edəcəyini deyib.

     Tədbirdə iştirak edən Rusiyadakı Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva bildirib ki, harada yaşasaq da, obyektiv səbəbləri göstərərək Azərbaycanın imicini qoruyub saxlamaq ən əsas öhdəliyimiz olmalıdır.

      “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhmədzadə, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev, "Azərbaycan Diasporu İnformasiya Mərkəzi"nin direktoru Toğrul Allahverdili, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk, Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva, Gənclərin Həmrəyliyi İctimai Birliyinin sədr müavini Zülfiyyə Nuriyeva, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə, iqtisadçı ekspert İndira Şəmsivari, "Vəfa" Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Lalə Mehdiyeva və digərləri də çıxış edərək sosial şəbəkələrdə Azərbaycan dövlətinin imicini ləkələməyə çalışanlara qarşı aktiv olmağa çağırıblar. Çıxışlarda qeyd olunub ki, Avropanın müxtəlif şəhərlərində oturub sosial şəbəkələrdə təhqir kampaniyası aparanların heç birinin siyasi çəkisi yoxdur. Bildirilib ki, nə vətəndə, nə də xaricdə özlərinə yer tapa bilməyən bu mövqesiz insanların bacardıqları söyüş söymək və sosial şəbəkələrdə əsasız məlumatlar yaymaqdır.

     Tədbirdə diaspor və ictimai təşkilatların Əməkdaşlıq Platformasının yaradılması təklif olunub.
 

 
28 May 2019 “Üçrəngli bayrağınla məsud yaşa…”
17 Noy 2018 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
15 Noy 2018 Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
11 Noy 2018 AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
08 Noy 2018 9 Noyabr - Azərabaycan Respublikası Dövlət Bayrağı günüdür
18 Okt 2018 18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR
10 Sent 2018 Azərbaycan Respublikasının Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11–ci qrant müsabiqəsini elan edir
30 Avq 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin S
29 Avq 2018 Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
29 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
09 Avq 2018 Vətənpərvərlik aşılayan kitab dustaqlara təqdim edildi
25 İyun 2018 15 İyun, Milli Qurtuluş Günü- Bayramınız mübarək olsun.
31 May 2018 AXC hökumətinin müstəqil iqtisadi siyasəti
28 May 2018 Bayramınız mübarək!
13 Apr 2018 B Ə Y A N A T
13 Apr 2018 PREZİDENT İLHAM ƏLİYEV GƏNCLƏRƏ MÜRACİƏT ETDİ
10 Apr 2018 AZƏRBAYCAN GƏNCLİYİ ƏN YÜKSƏK TƏLƏBLƏRƏ CAVAB VERİR
31 Mart 2018 Milli Qara və Bəşəri Qırmızı TARİX – 100 SUSUB və NƏTİCƏ ÇIXARAQ!
29 Mart 2018 “Azərbaycan gəncləri hamılıqla İlham Əliyevi dəstəkləyəcəklər”
"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi