Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsindən                    -İlham Heydər oğlu, sonuncu sual. Bilirsiniz, bu sual onunla bağlıdır ki, fikir vermişəm, son vaxtlar Siz gənclərlə çox tez-tez ünsiyyətdə olursunuz, gənclərin tədbirlərinə gedirsiniz, gəncləri qəbul edirsiniz. İndi mən belə deyərdim, XXI əsrin ilk siyasi nəsli həyata qədəm qoyur və qüvvə toplayır. Bu siyasi nəsil indiki siyasi nəsli əvəz edəcək. Siz indiki siyasi nəsli istər-istəməz əvəz edəcək müasir Azərbaycan gəncliyini necə təsəvvür edirsiniz və onu necə görmək istərdiniz – bu gənclik çox maraqlı, çox fərqlidir.

     - Bəli. Siz tamamilə haqlısınız. Mənim fikrimcə, bu, istənilən ölkə rəhbəri üçün ən vacib fəaliyyət istiqamətidir. Çünki gənclər gələcək rəhbərlərdir, bu insanlar ölkənin gələcəyini müəyyən edəcəklər, ona görə bu gələcək etibarlı əllərdə olmalıdır. Mən şadam ki, bu gün Azərbaycan gəncliyi ən yüksək tələblərə cavab verir. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə daha fəal siyasət yürüdəcəyik. Əlbəttə, mən istərdim ki, bütün Azərbaycan gəncləri öz Vətəninə sadiq olsunlar. Çünki öz Vətənini sevmək və ona namusla xidmət etmək müstəqilliyin, müvəffəqiyyətin əsas rəhnidir. Əlbəttə, gənclərin Azərbaycan xalqı üçün səciyyəvi olan ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsi vacibdir və biz bunun üçün nə lazımdırsa edirik. Bizim milli mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, milli ideologiyamız – bütün bunlar bizim dəyərləri təbliğ edir və biz həmişə öz mənəvi köklərimizə bağlı olmalıyıq. Gənclik müdafiə olunmalıdır. Lakin o özü kənar təsirlərdən müdafiə olunmalıdır. Ona görə ki, müstəqilliyin ilk illərində çoxları düşünürdü ki, kimsə gələcək, necə yaşamaq lazım olduğunu bizə göstərəcək, bizə kömək edəcək. O vaxt belə ələbaxımlıq hissi yaranmışdı. Lakin sonra anladıq ki, bizim taleyimiz öz əlimizdədir. Bu gün kimsə bizə təkidlə müəyyən kömək göstərmək istəyəndə biz buna həmişə kifayət qədər şübhə ilə yanaşırıq. Buna görə gənclər anlamalıdırlar ki, Azərbaycanın gələcəyi azərbaycanlıların özlərinin, Azərbaycan vətəndaşlarının əlindədir. Gənclər müəyyən ideoloji təsirləri qiymətləndirərkən çox diqqətli olmalıdırlar. Başqa sözlə desək, gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə, dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə, dilimizə, dünyabaxışımıza sadiq olmalıyıq. Eyni zamanda, biz ölkəmizi modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin dünyəvi xarakterini möhkəmlətmək və bununla da fasiləsiz inkişafı təmin etmək üçün bütün ən yaxşı, mütərəqqi dəyərləri qəbul etməliyik. Biz ideal halda bu mənzərəni görmək istərdik. Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin gəncləri isə öz fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdırlar.
28 May 2019 “Üçrəngli bayrağınla məsud yaşa…”
17 Noy 2018 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
15 Noy 2018 Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
11 Noy 2018 AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
08 Noy 2018 9 Noyabr - Azərabaycan Respublikası Dövlət Bayrağı günüdür
18 Okt 2018 18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR
10 Sent 2018 Azərbaycan Respublikasının Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11–ci qrant müsabiqəsini elan edir
30 Avq 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin S
29 Avq 2018 Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
29 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
09 Avq 2018 Vətənpərvərlik aşılayan kitab dustaqlara təqdim edildi
25 İyun 2018 15 İyun, Milli Qurtuluş Günü- Bayramınız mübarək olsun.
31 May 2018 AXC hökumətinin müstəqil iqtisadi siyasəti
28 May 2018 Bayramınız mübarək!
13 Apr 2018 B Ə Y A N A T
13 Apr 2018 PREZİDENT İLHAM ƏLİYEV GƏNCLƏRƏ MÜRACİƏT ETDİ
10 Apr 2018 "HƏMRƏY" İB-nin İŞTİRAKI İLƏ ƏMƏKDAŞLIQ PLATFORMASI YARADILIR
31 Mart 2018 Milli Qara və Bəşəri Qırmızı TARİX – 100 SUSUB və NƏTİCƏ ÇIXARAQ!
29 Mart 2018 “Azərbaycan gəncləri hamılıqla İlham Əliyevi dəstəkləyəcəklər”
"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi