"Əminliklə deyə bilərik ki, ölkənin çoxminli gənclər ordusu aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevə səs verəcəklər”. 
       
         Belə bir açıqlama ilə çıxış edən  "HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayev deyib. O, gənclərin Cənab İlham Əliyevə səs verməsini şərtləndirən başlıca amilin ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin olduğunu bildirib: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1997-ci ildən ölkədə hər il 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsi, həmin tarixdə ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan gənclərin dövlət başçısı tərəfindən təltif olunması, müxtəlif illəri əhatə edən Gənclər Proqramlarının qəbul edilməsi, PA Gənclər İdman şöbəsinin yaradılması və Gənclər Fondunun yeni strukturda formalaşdırılması, dövlət orqanlarında, parlament və bələdiyyələrdə gənclərin təmsilçiliklərinin artması məhz dövlətin gənclərə olan diqqət və qayğısının əyani sübutudur”. 

      Sədr müavini qeyd edib ki, həmçinin bir neçə il əvvəl Gənclər Fondunun yaradılması, həmin fondun gənclərin fərdi və təşkilat şəklində layihələrini maliyyələşdirməsi də gənclərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatələndiyindən xəbər verir: "Bütün bu amillər bir daha onu deməyə əsas verir ki, 11 aprel seçkilərində Azərbaycan gəncləri hamılıqla Cənab İlham Əliyevi dəstəkləyəcəklər”.
 
       İctimai Birliyin rəsmisi deyib ki, gənclər hər zaman ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıblar və hazırda da prezident seçkiləri ərəfəsində aktivdirlər: "İstər seçkilərin təbliğat-təşviqat mərhələsi, istərsə də imzaların toplanması zamanı gənclər də bu proseslərdə yaxından iştirak ediblər. Bu prosesin məntiqi nəticəsi olaraq isə Azərbaycan gəncləri aprelin 11-də səsvermə günü seçki məntəqələrinə gələrək öz siyasi iradələrini ortaya qoyacaq, vətəndaşlıq borcunu yerinə yetirəcəklər”. 

 
        E.Babayev bir sıra Avropa ölkələrində özünə sığınacaq tapan və bu gün ölkə rəsmilərini təhqir edən antimilli ünsürlərin də gənclər tərəfindən qəbul edilmədiyini və onların qeyri-etik hərəkətlərinin kəskin hiddət doğurduğunu vurğulayıb: "Azərbaycan gəncləri bəzi antimilli ünsürlərin siyasi mübarizəyə söyüş və təhqir elementləri gətirməsini qətiyyətlə qəbul etmir və bu kimi halları kəskin şəkildə pisləyir”.
28 May 2019 “Üçrəngli bayrağınla məsud yaşa…”
17 Noy 2018 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
15 Noy 2018 Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
11 Noy 2018 AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜ
08 Noy 2018 9 Noyabr - Azərabaycan Respublikası Dövlət Bayrağı günüdür
18 Okt 2018 18 OKTYABR – DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR
10 Sent 2018 Azərbaycan Respublikasının Gənclər Fondu “A” “B” və “C” kateqoriyaları üzrə 11–ci qrant müsabiqəsini elan edir
30 Avq 2018 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
30 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin S
29 Avq 2018 Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası
29 Avq 2018 “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
09 Avq 2018 Vətənpərvərlik aşılayan kitab dustaqlara təqdim edildi
25 İyun 2018 15 İyun, Milli Qurtuluş Günü- Bayramınız mübarək olsun.
31 May 2018 AXC hökumətinin müstəqil iqtisadi siyasəti
28 May 2018 Bayramınız mübarək!
13 Apr 2018 B Ə Y A N A T
13 Apr 2018 PREZİDENT İLHAM ƏLİYEV GƏNCLƏRƏ MÜRACİƏT ETDİ
10 Apr 2018 "HƏMRƏY" İB-nin İŞTİRAKI İLƏ ƏMƏKDAŞLIQ PLATFORMASI YARADILIR
10 Apr 2018 AZƏRBAYCAN GƏNCLİYİ ƏN YÜKSƏK TƏLƏBLƏRƏ CAVAB VERİR
31 Mart 2018 Milli Qara və Bəşəri Qırmızı TARİX – 100 SUSUB və NƏTİCƏ ÇIXARAQ!
"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi