Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Həmrəy Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Naxçıvan: tarix, müasirlik və gənclik” mövzusunda tədbir keçirib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın ayrılmaz tərkib hissəsi və hazırda blokada şəraitində olan Naxçıvana gənclərin diqqətini yönəltmək, bu diyarın tarixi əhəmiyyəti barədə gənclərin maariflənməsinə dəstək verməkdir. Tədbir iştirakçıları Naxçıvanın tarixindən danışıblar. Çıxış edən akademik Vəli Əliyev bildirib: “Biz Konyada mədəni irslə bağlı konfransda olarkən mən türk gəncliyinin nə qədər qüdrətli olduğunu gördüm. Naxçıvan dünyanın qədim, bəşəriyyətin ilkin diyarıdır”.

Tədbir boyunca həmçinin Naxçıvanın mədəni, iqtisadi həyatını əks etdirən fotoslayd nümayiş etdirilib. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası 1924-cü il fevralın 9-da yaradılıb. Paytaxt Naxçıvan şəhərindən və 7 inzibati rayondan təşkil olunub.


“HƏMRƏY” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Yazıcılar Birliyinin Natəvan klubunda istedadlı və özünə qarşı tələbkar olan gənc yazar Səbuhi Qasımovun "Gecikmiş Etiraf" adlı kitabının təqdimatını keçirib. Təqdimat, gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, onların maarifləndirilməsinə kömək etmək məqsədini daşıyıb. Gənclər arasında kitaba və oxumağa marağın artırılmasına xidmət edib. 

Ardını oxu...

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi