Dini mərasim olan Qurban bayramı bütün müsəlman aləmində hər il qeyd edilir. Qurban kəsmək mərasimi islamdan çox-çox əvvəl mövcud olmuşdur.

Ardını oxu...


Bu tarix 8-12 avqust 1998-ci il tarixlərində Portuqaliya Respublikasının paytaxtı Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilmişdir. Bu xüsusda, gəncləri təbrik edirik! Onlara daim əmin-amanlıq, sülh və rifah şəraitində yaşamalarını arzulayırıq. Onlara milli birlik və bəşəri həmrəylik diləyirik. Beynəlxalq Gənclər Gününüz mübarək!



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 1 may – 1 iyun 2015- ci il tarixlərində 7-ci qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1126 layihə təklifi daxil olmuşdur.

Ardını oxu...



Müqəddəs Ramazan ayı müsəlmanlar üçün Hicri tarixinin ikinci ilində (Miladi tarixin 622-ci ilində) müəyyən edilmişdir. Ramazan ayı insanlara Allahın göstərişlərini bütün qəlbi ilə qəbul etməyi, cismani və ruhi sınaqlardan keçməyi təlqin edir. Müsəlmanlar bu ayda oruc tuturlar.

Ardını oxu...



“Həmrəy”Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Həmrəy” Təhsil Mərkəzində “28 May - Respublika günü”nə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçilik və müasir gənclik” mövzusunda dəyirmi masa keçirib. Azərbaycanın dövlət himni ilə başlayan dəyirmi masanı “Həmrəy”yin sədri Yəhya Babanlı açıq elan edib və tədbirin gənclərimizin milli dövlətçilik şüurunun yüksəldilməsi məqsədilə keçirildiyini vurğulayıb. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi elan etmələri, onun yubileylərinin keçirilməsi ilə bağlı müvafiq qərarları, Azərbaycanın paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması, İstiqlal abidəsinin ucaldılması və digər konkret addımlar Azərbaycan gəncinin öz tarixi köklərinə yaxından tanış olmalarına böyük töhfədir.

Ardını oxu...

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi