Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına Hörmətli Forum iştirakçıları, Əziz gənclər! Sizi – Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzulayıram.

Ardını oxu...



Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.


1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Milli Dirçəliş günü - 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayram


XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən elan etdi. Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş Sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.

Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi qeyd edildi. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs verdi.

Hazırda müasir Azərbaycan Respublikası bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi, çiçəklənmə dövrünü yaşayır. DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ münasibətilə xalqımızı, gələcəyimiz olan gənclərimizi təbrik edirik.


Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”)  18-29 yaşlı gəncləri (bundan sonra – “gənc”) və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini  bu gündən (28 avqust) təqdim etməyə dəvət edir.

Ardını oxu...

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi