Bu gün, 15 mart 2013-cü ildə Azərbaycanda yaşayan gənclərin həmrəyliyinə nail olmaqla onların maarifləndirilməsinə kömək etmək məqsədi ilə təsis edilmiş «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin 5-ci ildönümüdür.

     Əlamətdar tarix ilə bağlı Azərbaycan gəncliyini - bütün “Həmrəy”çiləri təbrik edir, gələcək fəaliyyətlərində daim müvəffəqiyyətlər arzulayırıq.

      Bu yaşa gəlib çatmağımızda yeri və rolu olan hər bir kəsə, partniyorumuza təşəkkürümüzü bildiririk. Gəlin, “HƏMRƏY” olaq.

       HƏMRƏYliyimiz gələcəyimizin uğurudur!

     Qeyd: «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1113-Q44-3159 nömrəli qərarı ilə 22 aprel 2013-cü il tarixdə qeydiyyatdan keçmişdir.
"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi