Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidentinin Sərancamına əsasən tikinti-abadlıq işlərinə başlanılması“Həmrəy”-çilər tərəfindən qürur hissi ilə qarşılanıb. Bu xalqımızın ilin zəfəri, cənab İlham Əliyevin iradəsi və əzminin bariznümunəsidir.

 

Həmrəylik ideyasının favoritlərindən olan “Həmrəy”Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyidiaspor nümayəndələri ilə birgə bu əraziyə baş çəkməyi özünə mənəvi borc hesab edərək Cocuq Mərcanlı kəndinə səfər etmişdir.

Səfər Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən vətənin qəhrəman övladlarının, müqəddəs şəhidlərimizin ruhuna etiram olaraq Bakıdakı Şəhidlər Xiyabanından başlayıb.

Diaspor və vətəndaş cəmiyyəti üzvləri öncə Cocuq Mərcanlı kəndindəki yeganə ailənin başçısı Oqtay Həziyevlə görüşüblər. Eyni zamanda, kənddə aparılan tikinti-abadlıq işləri ilə yaxından tanış olublar. O cümlədən, N saylı hərbi hissədə olublar. Əsgərlərimizixalqımızın mənəvi dəyərlərini özündə əks etdirən Novruzbayramımünasibəti ilə təbrikediblər.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndinə səfər iştirakçılarını Müdafiə Nazirliyinin hərbçiləri və Daxili İşlər Nazirliyinin polisləri müşayiət ediblər.

Vətən uğrunda “HƏMRƏY” olmağı özümüzə şərəf bilirik.



"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi