O, ƏMƏLİ İŞLƏRİ İLƏ XALQIN QƏLBİNİ FƏTH EDƏN QADIN STATUSU QAZANIB.

 

“HƏMRƏY” GMDİB-yi olaraq qürur hissi ilə bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidenti bu Sərəncamla ölkəmizin qızıl dövrə qədəm qoymasına imza atdı.

Azərbaycan qadını Tomris, Sara Xatunların və digərlərinin simasında tarix yazıb və Mehriban Xanım yeni dünya nizamında bunu daha böyük vəchlə davam etdirəcək.

Bəşəriyyətin təkəmülünü şərtləndirən səmavi dinin timsalında gerçəkləşən - İslam Həmrəyliyi Oyunlarının keçirildiyi bir vaxtda Azərbaycanın qadına göstərdiyi daha bir etimad bir daha ölkəmizin nə dərəcədə bəşəri dəyərlərə sadiq olduğunu sübut etdi. 

Mehriban Xanım Əliyeva - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi yorulmadan fəaliyyət göstərib və böyük işlər görüb.

Onun istər ölkəmizin daxili istərsə də xarici inkişafında müstəsna xidməti vardır. Azərbaycanımızı olduğu kimi dünyada sivil ölkə kimi tanıtdırıb. 

Biz gənclər əminik ki, Mehriban Xanım Əliyeva Birinci vitse-prezidenti kimi bundan sonra Azərbaycan üçün daha böyük işlər görəcəkdir.

Hörmətli xanım Birinci vitse-prezidentii təbrikedirik. Gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyirik.

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi