“Həmrəy” GMDİB Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinə “Vətən üçün nə etməli?” adlı layihə təqdim etmiş və müsabiqənin qaliblərindənbiri olmuşdur.

Ardını oxu...



“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsi çərçivəsində cari ilin noyabr ayının 17-də Salyan, 18-də Neftçala, 19-da Biləsuvar, 25-də Sabirabad, 26-da Kürdəmir, 27-də Zərdab rayonlarında “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” mövzusunda - iki mərhələdən ibarə Elmi-Praktiki Konfrans keçirəcəkdir.

Ardını oxu...



“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi "Virtual Qarabağ" İKT Mərkəzi və ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsilə birgə “Xocalı soyqırımı” ilə əlaqədar “Unutqanlığı unudaq” çağrışı ilə tədbir keçirib. Tədbiri Mərkəzin rəhbəri, “Bizim Nəsil” Gənclərini Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev açaraq, bu günün tarixi barədə ətraflı məlumat verdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqəti çəkərək bu sahədə ümummilli lider Heydər Əliyevin apardığı əzmkar siyasətdən, bu siyasəti Prezident İlham Əliyevin inamla davam etdirməsindən danışıb. Vurğulanıb ki, bu soyqrımın dünya ictimaiyyətinə çatdırılması və tanıdılmasında Heydər Əliyev Fondunun, xüsusilə, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət” kampaniyasının xüsusi rolu olub.O, həmçinin Mərkəzin gördüyü işlərlə gəncləri tanış edib.

Ardını oxu...

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi