Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının yeni heyətinin seçkilərinə sənəd qəbulu yekunlaşdı.
QHT.az xəbər verir ki, 9 – 16 fevral 2017-ci il müddətində Gənclər Fondunun elektron bazasında qeydiyyatdan keçmiş təşkilatlar tərəfindən 17 namizəd irəli sürülmüşür.

Ardını oxu...



Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına 5-i müvafiq dövlət orqanlarını (Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi), 4-ü isə gənclər təşkilatlarını təmsil edən 9 üzv təyin olunmuşdur. Fondun Nizamnaməsinə görə, Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər  təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.
Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları 2017-ci il fevralın 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər.
Ərizədə gənclər təşkilatı yığıncaqda onu təmsil edəcək nümayəndəsi haqqında məlumat verməlidir (ərizə forması əlavə olunur – Əlavə 1).

Ardını oxu...



“Həmrəy” «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi öz nizamnaməsinə uyğun oaraq, milli genefondumuzun qorunması və sağlam nəslin böyüməsi istiqamətində dövlət tərəfindən görülən çoxtərkibli işlərə dəstək verməkdə davam edir.

Ardını oxu...



Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. 

Ardını oxu...



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 25 iyul 2016-cı il – 25 avqust 2016-cı il tarixlərində 9-cu qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları üzrə 169 layihə təklifi daxil olmuşdur.

Ardını oxu...

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi