“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

• 2013-cü ilin 01-03-iyul tarixlərində Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunda təşkil olunan "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı çərçivəsində təşkil olunan seminarların keçirilməsinə dəstək vermişdir.

• 2013-cü ilin sentyabr ayının 27, 28, 29-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində Qəbələ, Oğuz və Şəkidə gənclərə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı seminar-təlimlər keçirmişdir.

• 2013-cü ilin dekabr ayının 16-da Gənclərin maarifləndirilməsi və inkişafına dəstək vermək məqsədilə Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər Şəhərçiyində “Həmrəy” Təhsil Mərkəzi açılışını etmişdir. • 2013-cü ilin dekabr ayının 28-də “31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü” münasibətilə təşkil olunmuş 9 və 10-cu sinif şagirdləri arasında IV Fənlərin Dostluğu Olimpiadasında (FDO-4) yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimini keçirmişdir.

• 2014-cü ilin iyun ayının 4-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubleyin keçirilməsinə dair sərəncamına uyğun olarq “Naxçıvan: tarix,müasirlik və gənclik” adlı tədbir reallaşdırılmışdır.

• 2014-cü ilin iyul ayının 9, 10, 11 - 14, 15, 16-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsi çərçivəsində Siyəzən, Xızı, Şabran - Quba, Qusar, Xaşmazda “Vətənimizin inkişafı üçün ictimai fəalıq” adlı “dəyirmi masa - seminar” keçirmişdir.

• 2014-cü ilin oktyabr ayının 23-də gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, onların maarifləndirilməsinə kömək etmək, kitaba və mütaliəyə marağının artırılması məqsədilə Azərbaycan Yazıcılar Birliyinin Natəvan Klubunda gənc yazar Səbuhi Qasımovun “Gecişmiş Etiraf” adlı kitabının təqdimatın keçirmişdir.

• Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsi çərçivəsində cari ilin mart ayının 11-də Masallı, 12-də Lənkəran, 13-də isə Astarada “Təmiz ekologiya-Sağlam həyat” adlı “təlim-seminar” keçirmişdir.

Eyni zamanda, haqq işimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dərsliklərdə, tarixdə əks olunması məsələləri ilə bağlı da geniş təşviqat aparırıq. Rusiyanın ORT kanalının erməni saxtakarlığına hay verərək milli-mənəvi dəyərlərimizin mənimsənilməsinə, Azərbaycanın xalq musiqisi “Uzundərənin” onların adına çıxmasına görə kanala etiraz məktubu göndərmişik. Etiraz məktubu elmi-tarixi baxımdan əsaslandırılmış faktlarla zəngin olmuşdur.

Eləcə də digər əlaqəli sahələrdə də aktivlik nümayiş etdiririk. “Mənim Naxçıvanım: dünənim, bu günüm, sabahım” adlı qrup yaratmışıq ki, 1000-lərlə üzvü olan qrupda Naxçıvanla bağlı maraqlı, bilikləndirici mövzular yazılır, statuslar paylaşılır”. Burada məqsəd, Azərbaycanın ayrılmaz tərkib hissəsi, hazırda blokada şəraitində olan Naxçıvan MR gənclərin diqqətini yönəltmək, qədim dövlətçilik ənənələrinə, zəngin mədəni irsə, mükəmməl coğrafi mövqeyə malik, görkəmli elm xadimləri, təkrarolunmaz sənətkarları, əvəzolunmaz tarixi şəxsiyyətləri, elm, təhsil adamları ilə ölkəmizinsosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayan bu diyarın muxtar respublika statusunun tarixi əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinə dəstək verməkdir.

Bunlarla yanaşı, vətənimiz Azərbaycan üçün əhəmiyyətli tədbirlər, təqvimdəki xüsusi günlər qeyd olunmuşdur.

"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi