2015-05-16 «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 
     
15 mart 2013-cü ildə
Azərbaycanda yaşayan gənclərin həmrəyliyinə nail olmaqla onların maarifləndirilməsinə kömək etmək məqsədi ilə təsis edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1113-Q44-3159 nömrəli qərarı ilə 22 aprel 2013-cü il tarixdə qeydiyyatdan keçmişdir.

«Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi - (bundan sonra  Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipi ilə yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Birliyin vəzifəsi - gənclərin savadlı, dünyagörüşlü, müasir düşüncəli və yüksək intellektli aparıcı qüvvəyə çevrilməsinə, onların vətənpərvərlik ruhunda inkişafına, onlarda humanizm və tolerantlıq, ləyaqətlilik və mübarizlik kimi vicdani vəəxlaqi keyfiyyətlərin formalaşmasına töhfə verməkdir.

 Birlik - bu məqsədinə çatmaq üçün

  •    Gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək verir;
  •    Gənclərin bilik və bacarıqlarının artırılmasına yardım edir;
  •    Gənclərə milli-mənəvi dəyərləri aşılayır;
  •    Gənclərə sağlam həyat tərzini təbliğ edir.

Birlik - bu vəzifələri həyata keçirmək üçün

  •    Müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir;
  •    Konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir;
  •    Fəaliyyəti barədə məlumatı sərbəst yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;
  •    Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir.

Birlik Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin və Bələdiyyələrinin seçkilərində iştirak edə bilməz.

Birlik - sosial statusundan, ictimai mənşəyindən, milli mənsubiyyətindən, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hər bir gənclə həmrəydir.

Gəlin ki, həmrəy olaq! Həmrəy olaq ki, gələcək nəslə örnək olaq!Həmrəyliyimiz gələcəyimizin uğurudur!

 



"Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli,
gələcək Azərbaycanı yüksəklərə qaldıracaqdır”.

Heydər Əliyev
Azərbaycanın görkəmli dövlət xadimi